Şahin Bağırov Samuxda yeniyetmə voleybolçularla görüşüb
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Samux rayonunda yeniyetmə voleybolçularla görüşüb.
Operativ Media xəbər verir ki, Federasiya rəhbəri Gəncə RVK-nın Samux rayon bölməsinin yeniyetmə idmançıları və məşqçiləri ilə görüşüb. Samux rayon Sərkar kənd Nizami Gəncəvi adına tam orta məktəbin idman zalında baş tutan tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Gəncə RVK-nın rəhbəri Nazim İsayev, “Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanov və “Gəncə” RVK-nın direktoru Sərxan Məmmədov iştirak ediblər.
Görüşdə qonaqlara Gəncə RVK-nın Samux bölməsində görülən işlər, idmançı və məşqçilər üçün yaradılan şərait haqqında ətraflı məlumat verilib. Sonra çıxış edən Ş.Bağırov AVF-nin ölkəmizdə voleybolun kütləviliyinin artırılması və inkişafı istiqamətində gördüyü işlərdən danışıb, gənc idmançılara tövsiyələrini verib və onlara uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
dəqiqələr içində saytın olsun.