Menyu

Murad Musayev RPL-də ayın ən yaxşı məşqçisi seçilib

Operativ Media
Murad Musayev RPL-də ayın ən yaxşı məşqçisi seçilib

“Krasnodar”ın baş məşqçisi Murad Musayev 2026-cı ilin iyul-avqust aylarının Rusiya Premyer Liqasında ən yaxşı məşqçisi seçilib.

Operativ Media xəbər verir ki, 42 yaşlı mütəxəssis ekspertlərin səsverməsində yekdilliklə qalib olub.

“Matç Premyer” kanalının şərhçiləri arasında keçirilən səsvermədə Mahaçqalanın “Dinamo”sunun baş məşqçisi Vadim Yevseyev, azarkeşlər arasında isə ÇSKA-nın çalışdırıcısı Dmitri İqdisamov üstün olub.

Qaydalara əsasən, ekspertlər, şərhçilər və azarkeşlərin seçimləri üç fərqli namizədə düşdükdə yekun qərar ekspertlərin səsverməsi ilə müəyyənləşdirilir.

Musayevin rəhbərlik etdiyi “Krasnodar” iyul-avqust aylarında RPL-də “Rubin”i 3:1, “Fakel”i 3:2, “Spartak”ı 2:1, “Axmat”ı 1:0, Mahaçqalanın “Dinamo”sunu 1:0 və “Rostov”u 1:0 hesabı ilə məğlub edib.

“Krasnodar” 7 turdan sonra 19 xalla Rusiya Premyer Liqasının turnir cədvəlinə başçılıq edir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər