Menyu

Yanvar-iyul aylarında 37 təsərrüfat subyektində haqsız rəqabət araşdırması aparılıb

Operativ Media
Yanvar-iyul aylarında 37 təsərrüfat subyektində haqsız rəqabət araşdırması aparılıb

Bu ilin yanvar-iyul aylarında haqsız rəqabət halları ilə bağlı 37 təsərrüfat subyekti üzrə araşdırma aparılıb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahin Nağıyev "Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisar sahəsində dövlət nəzarəti" mövzusunda tədbirdə deyib.

O bildirib ki, araşdırmalar nəticəsində 14 subyekt tərəfindən pozuntular könüllü şəkildə aradan qaldırılıb və müraciət edənin haqsız rəqabətə məruz qalmasının aradan qaldırıldığı nəzərə alınıb.

“Digər 23 subyekt barəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və həmin işlərə baxılması davam edib. Qaldırılmış 23 işdən 18-i əmtəə nişanından qanunsuz istifadə, 5-i isə digər haqsız rəqabət halları ilə bağlı olub. Əmtəə nişanından qanunsuz istifadə ilə bağlı müraciət edən subyektlərin mövcud qanunvericiliyə əsasən dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ var. Dəymiş ziyan yalnız məhkəmə qaydasında ödənilir”, - deyə şöbə müdiri əlavə edib

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər