Nazirlər Kabineti səfərbərlik ehtiyatlarının nomenklaturasını təsdiqləyib
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Səfərbərlik ehtiyatlarının nomenklaturası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Operativ Media xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, səfərbərlik ehtiyatlarının nomenklaturası təsdiqlənib.
Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına və “Dövlət ehtiyatları haqqında” Qanunun tətbiqi ilə bağlı Prezidentin 2 fevral 2024-cü il tarixli fərmanına əsasən qəbul edilib.
Sənədə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə səfərbərlik ehtiyatlarının nomenklaturasında qeyd edilən malların tədarükünün 2027-ci ilin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı təklifləri Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Bundan başqa, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi səfərbərlik ehtiyatlarının nomenklaturası üzrə ehtiyatların uçotunun aparılmasını və bu sahədə nəzarətin həyata keçirilməsini təmin etməlidir.
dəqiqələr içində saytın olsun.