Qızılca ilə qarışdırılır: Uşaqlar arasında “altıncı xəstəlik” yayılır - VİDEO
Azyaşlılar arasında yüksək hərarət və səpkilərlə müşahidə olunan “altıncı xəstəlik” adlı virus infeksiyasının yayıldığı bildirilir.
Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, uzman pediatr Lale Nəsirovanın sözlərinə görə, tibbdə “roseola infantum” adlanan xəstəlik əsasən HHV-6 virusu tərəfindən törədilir və daha çox üç yaşadək uşaqlarda müşahidə olunur.
Bildirib ki, xəstəlik yüksək hərarətlə başlayır və hərarət aşağı düşdükdən sonra səpkilər meydana çıxır. Virus infeksiyası olduğuna görə antibiotik müalicəsinə ehtiyac yoxdur. Yalnız bakterial infeksiya qoşulduqda antibiotik tətbiq edilə bilər.
Pediatr qeyd edib ki, altıncı xəstəliyi qızılcadan fərqləndirən əsas məqamlardan biri səpkinin yaranma vaxtıdır. Qızılcada səpkilər hərarət davam edərkən, altıncı xəstəlikdə isə hərarət azaldıqdan sonra yaranır.
Ətraflı videoda:
dəqiqələr içində saytın olsun.