Menyu

"Neftçi" serbiyalı basketbolçu transfer edib

Operativ Media
"Neftçi" serbiyalı basketbolçu transfer edib
1 dəq oxu

“Neftçi” basketbol komandası serbiyalı Aleksa Stepanoviçlə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Bu barədə Operativ Media-ya klubun mətbuat xidmətindən bildirilib.

Hücumçu mövqeyində çıxış edən 28 yaşlı basketbolçunun son klubu Serbiya liqasında mübarizə aparan “Hertseqovats Qaydobra” olub.

206 sm boya malik təcrübəli oyunçu karyerası ərzində “Partizan”, “FMP Belqrad” kimi klubların, eləcə də VTB Birləşmiş Liqasında “Yenisey”in şərəfini qoruyub.

Əlaqəli Xəbərlər