Menyu

Aİ sosial mediaya yaş məhdudiyyətlərini təxirə sala bilər

Nicat Hüseynli
Aİ sosial mediaya yaş məhdudiyyətlərini təxirə sala bilər
1 dəq oxu

Avropa İttifaqı ABŞ-la rəqəmsal sahədə gərginliyi artırmamaq üçün sosial mediaya yaş məhdudiyyətlərinin tətbiqini təxirə salmağı nəzərdən keçirir.

Operativ Media xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Avropa Komissiyasının 13 yaşdan aşağı şəxslərin sosial mediadan istifadəsini qadağan edən, yeniyetmələr üçün isə mərhələli giriş nəzərdə tutan təklif hazırladığı bildirilir.

Avropa Komissiyasının sentyabr ayında ümumavropa yaş məhdudiyyətləri ilə bağlı plan təqdim etməsi gözlənilir.

Əlaqəli Xəbərlər