Azərbaycanda bitki və heyvan sağlamlığı üzrə yeni qanun layihələri hazırlanacaq
Azərbaycanda qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində normativ hüquqi bazanın qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması və təkmilləşdirilməsi nəzərdə tutulur.
Operativ Media xəbər verir ki, bu Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramında öz əksini tapıb.
Sənədə əsasən, bu istiqamətdə “Bitki sağlamlığı haqqında” və “Heyvan sağlamlığı haqqında” yeni Azərbaycan Respublikası qanun layihələrinin, habelə bunlardan irəli gələn hüquqi aktların hazırlanması və aidiyyəti üzrə təqdim olunması planlaşdırılır.
Normativ hüquqi aktların hazırlanması prosesində şəffaflığın və yüksək keyfiyyətin təmin edilməsi məqsədilə özəl sektorun və maraqlı tərəflərin müzakirələrdə daha geniş iştirakı təmin olunacaq. Hazırlanan layihələrin sahibkarlıq subyektlərinə təsirləri qiymətləndiriləcək, qanunların tətbiqində yaranacaq çətinliklərin və risklərin qarşısını almaq üçün sənədlər ictimai müzakirəyə çıxarılacaqdır.
Bundan əlavə, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni normativ tələblər barədə maarifləndirilməsinə və bu qaydalara əməl olunmasına diqqət artırılacaq.
dəqiqələr içində saytın olsun.