Menyu

Azərbaycanda yüksək biotəhlükəsizlik səviyyəsinə malik laboratoriya kompleksi və vivarium yaradılacaq

Operativ Media
Azərbaycanda yüksək biotəhlükəsizlik səviyyəsinə malik laboratoriya kompleksi və vivarium yaradılacaq

Ölkədə qida təhlükəsizliyinin gücləndirilməsi, eləcə də idxal-ixrac əməliyyatlarının daha şəffaf və operativ həyata keçirilməsi məqsədilə laboratoriya xidmətləri və infrastrukturu təkmilləşdirilir.

Operativ Media xəbər verir ki,  bu Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramında öz əksini tapıb.

Dövlət Proqramına əsasən, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində fəaliyyət göstərən mövcud dövlət laboratoriyalarının müayinə imkanları genişləndiriləcək. Layihə çərçivəsində yüksək biotəhlükəsizlik tələblərinə cavab verən müasir laboratoriya kompleksi və vivariumun istifadəyə verilməsi nəzərdə tutulur. Bu tədbirlər sayəsində yeni analitik sınaq metodlarının tətbiqinə və müayinələrin sayının artırılmasına nail olunacaq.

Laboratoriya metodlarının beynəlxalq akkreditasiyası prosesini sürətləndirmək və böhran vəziyyətlərində operativliyi təmin etmək üçün müəssisələrin maddi-texniki bazası möhkəmləndiriləcək. Eyni zamanda, ISO, TürkAK və DAkkS kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində mütəxəssislər üçün yerli və xarici təlim proqramları təşkil ediləcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər