Menyu

Ev təsərrüfatı məhsullarının bazara çıxışı üçün yeni mexanizm hazırlanacaq, küçə ticarətinə nəzarət sərtləşdiriləcək

Operativ Media
Ev təsərrüfatı məhsullarının bazara çıxışı üçün yeni mexanizm hazırlanacaq, küçə ticarətinə nəzarət sərtləşdiriləcək

Azərbaycanda qida təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi və yerli məhsulların beynəlxalq bazarlara (o cümlədən Avropa İttifaqı və ABŞ) ixrac imkanlarının genişləndirilməsi istiqamətində yeni tədbirlər həyata keçiriləcək.

Operativ Media xəbər verir ki, bu Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramında öz əksini tapıb.

Dövlət Proqramına əsasən, qida müəssisələrində HACCP beynəlxalq standartına əsaslanan daxili nəzarət sistemlərinin formalaşdırılması sürətləndiriləcək. Eyni zamanda, qida məhsullarının qanunsuz küçə ticarətinin qarşısının alınması üçün dövlət nəzarəti gücləndiriləcək.

Yeniliklərdən biri də ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının təhlükəsiz şəkildə bazara yerləşdirilməsi mexanizminin müəyyənləşdirilməsidir. Həmçinin baytarlıq və fitosanitar nəzarətində olan qeyri-qida məhsullarının — heyvan mənşəli xammal, genetik materiallar, baytarlıq preparatları, pestisidlər və gübrələrin satışı və anbar obyektlərinin qeydiyyatı və təsdiqi mexanizmi formalaşdırılacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər