Menyu

"Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi genişləndirilir, Milli Strategiya hazırlanacaq

Operativ Media
"Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi genişləndirilir, Milli Strategiya hazırlanacaq

Azərbaycanda zoonoz xəstəliklərin qarşısının alınması, antimikrob rezistentliyin effektiv idarə olunması, ətraf mühitin qorunması və pandemiyalara hazırlıq səviyyəsinin artırılması məqsədilə “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi genişləndirilir.

Operativ Media xəbər verir ki, bu Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramında öz əksini tapıb.

İnsan, heyvan və ətraf mühit sağlamlığı arasındakı qarşılıqlı əlaqəni əsas götürən Dövlət Proqramı çərçivəsində zoonoz xəstəliklərə qarşı mübarizəyə dair Milli Strategiyanın hazırlanması və icrası nəzərdə tutulur. Sənədə əsasən, aidiyyəti dövlət qurumları arasında çərçivə əməkdaşlığı, operativ koordinasiya mexanizmi və vahid kommunikasiya strategiyası tətbiq olunacaq.

Tədbirlər planı çərçivəsində epidemiya və pandemiya risklərinin azaldılması, erkən xəbərdarlıq və aşkarlama sistemlərinin kurulması, normativ hüquqi aktların təkmilləşdirilməsi və fövqəladə halların idarə olunmasının təşkili istiqamətində mühüm addımlar atılacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər