İştahanın qəfil artması və azalması nə ilə bağlıdır?
İştahanın qəfil azalması hər zaman ciddi sağlamlıq probleminin göstəricisi olmasa da, qidalanma vərdişləri və gündəlik rejimlə əlaqəli ola bilər. Bəs gün ərzində iştahanın dəyişməsi, yeməyə marağın azalması hansı səbəblərdən qaynaqlanır və düzgün qidalanma rejimi bu vəziyyətin tənzimlənməsinə necə təsir edir?
Mövzu ilə bağlı Operativ Media-ya qastroenteroloq Ülviyyə Talıbova deyib.
O bikdirib ki, qəfil iştaha azalması, təbii ki, qidalanma rejimimizlə bağlı ola bilər. Məsələn, bəzən karbohidrat, bəzən zülal ağırlıqlı qidalanırıq, yaxud qidaları bir-biri ilə qarışdıraraq qəbul edirik. Bu da iştahada dəyişikliklərə səbəb ola bilər:
“Normal porsiyalarla və uyğun saatlarda qidalanmaqla bu vəziyyətin qarşısını almaq mümkündür. Bunun üçün qidalanma rejiminə əməl etmək, səhər, günorta və axşam eyni qaydada yemək, həmçinin ara öyünləri azaltmaq lazımdır. Beləliklə, həm çəki artımının qarşısını almaq, həm də iştahanın artıb-azalmasını müəyyən qədər tənzimləmək olar”.