Menyu

Ceyranbatanda 8 şagird məktəbdə zəhərlənib

Nicat Hüseynli
Ceyranbatanda 8 şagird məktəbdə zəhərlənib
1 dəq oxu

29.10.2026-cı il tarixində saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.

Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.

Əlaqəli Xəbərlər