Menyu

Dietoloq və nutrisioloqların fəaliyyətinə nəzarət sərtləşdiriləcək

Operativ Media
Dietoloq və nutrisioloqların fəaliyyətinə nəzarət sərtləşdiriləcək

Azərbaycanda əhalinin sağlam qidalanmasının təşviqi, istehlakçı hüquqlarının qorunması və qida sahəsində maarifləndirmə işlərinin genişləndirilməsi məqsədilə yeni tədbirlər planı icra olunacaq.

Operativ Media xəbər verir ki, bu Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramında öz əksini tapıb.

Dövlət Proqramına əsasən, sağlam qidalanmanı həvəsləndirmək üçün məhsullarda xüsusi etiketlənmə yanaşmasının tətbiqi təşviq ediləcək. Eyni zamanda, son dövrlər populyarlaşan dietologiya və nutrisiologiya sahəsində çalışan mütəxəssislərin fəaliyyətinə nəzarət gücləndiriləcək.

Sənəddə əhalinin dəyişən istehlak vərdişlərinin insan sağlamlığına təsirini qiymətləndirmək üçün analitik təhlillərin aparılması və vahid qida istehlakı məlumat bazasının yaradılması nəzərdə tutulur. Bununla yanaşı, qida israfının qarşısının alınması üçün təşviqat işləri aparılacaq, həmçinin biologiya aktiv qida məhsulları (BƏD) barədə istehlakçıların doğru bilgiləndirilməsi istiqamətində maarifləndirmə tədbirləri keçiriləcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər