Menyu

“Bazel” baş məşqçi Ştefan Lixtştayneri qovub

Operativ Media
“Bazel” baş məşqçi Ştefan Lixtştayneri qovub

“Bazel” baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb.

Operativ Media xəbər verir ki, İsveçrə klubu 42 yaşlı mütəxəssislə əməkdaşlığa dərhal xitam verildiyini açıqlayıb.

Klubun bəyanatında son həftə və aylarda komandanın idarə olunması və inkişafı ilə bağlı gözləntilərin reallaşmadığı bildirilib.

Lixtştayner yanvar ayından “Bazel”ə rəhbərlik edirdi. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulmuşdu. İsveçrəli mütəxəssisin rəhbərliyi altında komanda 27 oyuna çıxıb, 10 qələbə qazanıb, 3 heç-heçə edib və 14 məğlubiyyətə uğrayıb.

Futbolçu kimi Lixtştayner “Qrasshoppers”, “Lill”, “Latsio”, “Yuventus”, “Arsenal” və “Auqsburq”un formasını geyinib. O, “Yuventus”la 7 dəfə İtaliya çempionu olub, 4 dəfə ölkə kubokunu və 3 dəfə İtaliya Superkubokunu qazanıb.

Lixtştayner İsveçrə millisində 108 oyun keçirib və 8 qol vurub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər