Menyu

Abşeronda evdən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb

Operativ Media
Abşeronda evdən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb

Abşeron rayonu ərazisində sakinlərdən birinin evindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı F.Qasımova və 24 yaşlı S.Vəliyeva müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar zamanı onların müvəqqəti qaldıqları evdən qızıl-zinət əşyalarını oğurladıqları müəyyən olunub.

Rayon ərazisində məişət əşyaları, eləcə də avtomobildən içərisində bank kartları olan pul qabı oğurlayan F.Adıgözəlov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər