Menyu

Keşlədə təmir olunan küçənin biri hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq

Operativ Media
Keşlədə təmir olunan küçənin biri hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq
1 dəq oxu

Nizami rayonunda, Keşlə qəsəbəsi, 6-cı Keşlə küçəsinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsində təmir işləri aparılır. Təmir işlərinin gedişindən asılı olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Agentlik qeyd edib ki, sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Əlaqəli Xəbərlər