Menyu

Nazir: Azərbaycan və Türkiyə üzərindən Avropaya yeni enerji dəhlizləri açılır

Nərmin Qocamanlı
Nazir: Azərbaycan və Türkiyə üzərindən Avropaya yeni enerji dəhlizləri açılır

Xəzər regionu və Mərkəzi Asiyanın yaşıl enerji potensialının Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılması istiqamətində yeni imkanlar yaranır.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

O qeyd edib ki, qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda bərpa olunan enerji mənbələrindən istifadə və yaşıl enerjinin müxtəlif ölkələrə ötürülməsi getdikcə daha böyük əhəmiyyət qazanır.

Nazirin sözlərinə görə, Azərbaycan və Türkiyə bu prosesdə mühüm strateji mövqeyə malikdir. Xəzər regionu və Mərkəzi Asiyada formalaşan yaşıl enerji potensialının Avropa bazarlarına çıxarılması üçün Azərbaycan və Türkiyə üzərindən yeni enerji dəhlizlərinin yaradılması imkanları mövcuddur.

Pərviz Şahbazov vurğulayıb ki, bu layihələr yalnız enerji resurslarının nəqli baxımından deyil, həm də ölkələr arasında uzunmüddətli enerji tərəfdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər