Menyu

Alparslan Bayraktar: Azərbaycan- Türkiyə enerji sahəsində əməkdaşlığını yalnız neft və təbii qazla məhdudlaşdırmır

Nərmin Qocamanlı
Alparslan Bayraktar: Azərbaycan- Türkiyə enerji sahəsində əməkdaşlığını yalnız neft və təbii qazla məhdudlaşdırmır

Azərbaycan və Türkiyə enerji sahəsində əməkdaşlığını yalnız neft və təbii qazla məhdudlaşdırmır.

Operativ Media xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Enerji Forumunun V toplantısında çıxış edən Alparslan Bayraktar bildirib.

O qeyd edib ki, Azərbaycan enerji resurslarının regional və qlobal bazarlara çıxarılması istiqamətində Türkiyə ilə mühüm tərəfdaşlıq həyata keçirir.

Türkiyə rəsmisinin sözlərinə görə, bu layihələr yalnız enerji resurslarının nəqlini təmin etmir, eyni zamanda Azərbaycan və Türkiyəni bir-birinə daha sıx bağlayır.

“Uzunmüddətli layihələr və birgə fəaliyyətimiz iki ölkənin strateji əməkdaşlığının konkret nümunələridir”, - deyə o bildirib.

O əlavə edib ki, enerji sahəsində əməkdaşlıq mədənçilikdən bərpa olunan enerjiyə, enerji layihələrindən təhsil proqramlarına qədər geniş istiqamətləri əhatə edir. Bu çərçivədə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər