Menyu

Nazir: Azərbaycan 16 ölkəyə qaz tədarük edir

Nərmin Qocamanlı
Nazir: Azərbaycan 16 ölkəyə qaz tədarük edir

Azərbaycan və Türkiyə arasında həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi nəhəng layihələr təkcə iki ölkəni deyil, geniş regionu və qlobal enerji bazarını da birləşdirir.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov brifinqdə bildirib.

Pərviz Şahbazovun sözlərinə görə, Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropa İttifaqının enerji təhlükəsizliyinə də mühüm töhfə verir. Azərbaycanın neft və qaz resursları Türkiyə üzərindən dünya bazarlarına çıxarılır.

Nazir bildirib ki, son illərdə Azərbaycan 16 ölkəyə qaz tədarük edir. O qeyd edib ki, bu, Azərbaycan-Türkiyə enerji əməkdaşlığının uğurlu inkişafının göstəricilərindən biridir.

Pərviz Şahbazov vurğulayıb ki, iki ölkə enerji sahəsində gələcək əməkdaşlıq istiqamətlərini də müzakirə edir. Onun sözlərinə görə, əsas məqsədlərdən biri neft və qaz sahəsində uğurlu əməkdaşlığı elektrik enerjisi sahəsinə də genişləndirməkdir.

Nazir bildirib ki, süni intellektin inkişafı, məlumat mərkəzlərinin fəaliyyəti və digər yeni texnologiyalar gələcəkdə böyük həcmdə elektrik enerjisinə tələbat yaradacaq. Bu baxımdan Azərbaycan və Türkiyə elektrik enerjisinin istehsalı ilə yanaşı, elektrik bağlantılarının yaradılmasına da xüsusi diqqət yetirir.

Pərviz Şahbazov qeyd edib ki, Azərbaycan və Türkiyə vasitəsilə Avrasiyanın müxtəlif bölgələrini birləşdirəcək elektrik enerjisi layihələri üzərində iş aparılır. Bu çərçivədə Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik bağlantısı, eləcə də Qara dəniz üzərindən elektrik enerjisinin ötürülməsi layihələri müzakirə olunur.

Nazir Azərbaycanın Qazaxıstan və Özbəkistanla da bu istiqamətdə əməkdaşlığı inkişaf etdirdiyini bildirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər