Menyu

Azərbaycan -Türkiyə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ötürmə gücünün artırılması imkanlarını müzakirə edir

Nərmin Qocamanlı
Azərbaycan -Türkiyə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ötürmə gücünün artırılması imkanlarını müzakirə edir

Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ötürmə gücünün artırılması imkanlarını müzakirə edir.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə mövcud enerji infrastrukturunun tam gücü ilə istifadəsinə xüsusi əhəmiyyət verir.

“İndi mövcud enerji infrastrukturumuzu necə tam gücü ilə istifadə edə bilərik, bunu müzakirə edirik. Bakı-Tbilisi-Ceyhanın gücünü 1 milyon barrelə necə çatdıra bilərik məsələsi də gündəmimizdədir”, - deyə nazir bildirib.

Alparslan Bayraktar vurğulayıb ki, enerji infrastrukturlarının daha səmərəli istifadəsi həm Azərbaycan, həm də Türkiyə üçün yeni imkanlar yaradacaq və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər