Azərbaycan və Türkiyə elektrik enerjisi üzrə 3 mühüm layihə üzərində çalışır
Azərbaycan və Türkiyə elektrik enerjisi sahəsində üç mühüm layihənin həyata keçirilməsi üzərində çalışır.
Operativ Media xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
O qeyd edib ki, layihələrdən biri Naxçıvan üzərindən Türkiyəyə elektrik enerjisi ötürülməsini nəzərdə tutur.
Digər mühüm layihə Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstanı birləşdirəcək Yaşıl Enerji Dəhlizidir. Nazir bu layihəni TANAP-ın elektrik enerjisi sahəsindəki analoqu kimi qiymətləndirib.
Üçüncü layihə isə Qara dənizin altından keçməklə Avropaya, o cümlədən Rumıniya və Macarıstana elektrik enerjisinin ötürülməsini nəzərdə tutur.
Alparslan Bayraktar bildirib ki, bu üç layihənin həyata keçirilməsi Azərbaycan və Türkiyənin regional və Avropa enerji sistemlərində bağlantısallığının daha da güclənməsinə imkan verəcək.
dəqiqələr içində saytın olsun.