Aşqabadda MDB İqtisadi Şurasının 111-ci iclası keçirilir
Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının 111-ci iclası Türkmənistanın paytaxtı Aşqabadda keçirilir.
Operativ Media xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.
İclasın gündəliyinə Birlik üzvü olan dövlətlər arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş 28 məsələ daxildir. Bunlardan 12-sinin MDB Hökumət Başçıları Şurasında daha sonra baxılması planlaşdırılır.
Xüsusilə, gündəliyə 2026-2030-cu illər üçün MDB ölkələri daxilində beynəlxalq daşımalarda nəqliyyat təhlükəsizliyinin təmin edilməsi strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət planı, yüksək texnologiyalı sənaye sahələri üçün perspektivli materialların istehsalı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi konsepsiyası və onun həyata keçirilməsi məsələləri daxildir.
Həmçinin bir sıra sektoral əməkdaşlıq qurumlarının hesabatlarının və maliyyə məsələlərinin müzakirəsi planlaşdırılır.
MDB-nin baş katibi Sergey Lebedevin sözlərinə görə, iclasda təqdim olunan məsələlərlə bağlı ilkin müzakirələr zamanı tərəflər arasında razılıq əldə edilib. Qəbul ediləcək qərarların MDB daxilində əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edəcəyi gözlənilir.
dəqiqələr içində saytın olsun.