Menyu

AFFA-da “Futbolda dayanıqlılıq” mövzusunda seminar keçirilib

Operativ Media
AFFA-da “Futbolda dayanıqlılıq” mövzusunda seminar keçirilib

Bakı İqlim Həftəsi çərçivəsində AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində Misli Premyer Liqası və I Liqa klublarının nümayəndələri üçün “Futbolda dayanıqlılıq” mövzusunda seminar keçirilib.

Operativ Media AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirin əvvəlində qurumun baş katibinin müavini Elçin Məmmədov klub nümayəndələrini salamlayıb. O, dayanıqlı inkişafın futbol sahəsində əhəmiyyətini vurğulayıb.

Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin İqlim və Meteoroloji Tədqiqatlar Mərkəzinin direktor müavini Aygün Nərimanova, “Təmiz Şəhər” ASC-nin mətbuat katibi Orxan Cabbarlı və AYNA-nın Dövlət Proqramlarının İdarə Edilməsi Şöbəsinin müdiri Vüsal Abbasov çıxış ediblər.

Çıxışlar zamanı Azərbaycanda iqlim dəyişmələri ilə bağlı həyata keçirilən tədbirlər, ətraf mühitin qorunması, yaşıl nəqliyyat və dayanıqlı mobillik, daha təmiz və dayanıqlı gələcəyin formalaşdırılması, eləcə də futbolun ətraf mühitə təsiri barədə məlumat verilib.

Seminarın əsas məqsədi futbolun ətraf mühitə təsirinin azaldılması və klubların dayanıqlı inkişaf prinsiplərinə uyğun fəaliyyətinin təşviq olunması olub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər