Vergi ödəyicilərinə xidmət mərkəzlərində 600 mindən çox xidmət göstərilib
2026-cı ilin yanvar – avqust ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 364.669 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 601.524 sayda xidmət göstərilib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Xidmət mərkəzlərində əməliyyat xarakterli müraciətlər, əsasən, aşağıdakılardan ibarət olub və ümumi xidmətlərin sayında xüsusi çəkisi 55% təşkil edib:
Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
Asan İmza sertifikatlarının verilməsi;
Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
Vergi ödəyicisinə arayışların verilməsi;
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);
Fiziki şəxsin uçotdan çıxarılması.
2026-cı ilin yanvar – avqust ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 18,8 min yazılı müraciət cavablandırılıb, onlara 18 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. 3.534 vergi ödəyicisinin iştirakı ilə 255 görüş keçirilib, 4.438 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə onların mobil nömrələrinə 3,2 milyon SMS göndərilib.
Yanvar – avqust ayları ümumilikdə 195.434 müraciət üzrə 306.046 Asan İmza sertifikatı verilib.
dəqiqələr içində saytın olsun.