Menyu

Azərbaycan MDB-nin Hidrometeorologiya üzrə Dövlətlərarası Şurasının sessiyasında təmsil olunub

Operativ Media
Azərbaycan MDB-nin Hidrometeorologiya üzrə Dövlətlərarası Şurasının sessiyasında təmsil olunub

Qırğız Respublikasında MDB-yə üzv dövlətlərin Hidrometeorologiya üzrə Dövlətlərarası Şurasının 37-ci sessiyasında Azərbaycanı Milli Hidrometeorologiya Xidmətinin nümayəndə heyəti təmsil edib.

Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib. 

Məlumata görə sessiyada ölkəmizdə hidrometeorologiya sahəsində həyata keçirilən islahatlar, müşahidə şəbəkəsinin modernləşdirilməsi, Erkən Xəbərdarlıq Sisteminin inkişafı və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə məlumat verilib.

Tədbirdə MDB ölkələrinin hidrometeorologiya xidmətlərinin və Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) rəhbərləri iştirak ediblər. Çıxışlarda hidrometeoroloji müşahidələrin unifikasiyası, məlumat mübadiləsinin standartlaşdırılması, regional əməkdaşlığın gücləndirilməsi və müasir texnologiyaların tətbiqi məsələləri diqqət mərkəzində olub.

Tədbirin yekununda qəbul olunacaq qərarların MDB regionunda hidrometeoroloji təhlükəsizliyin gücləndirilməsinə və iqlim dəyişmələri ilə bağlı risklərin idarə olunmasına töhfə verəcəyi gözlənilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər