Menyu

Azərbaycan gimnastları dünya çempionatında finala vəsiqə qazanıblar

Operativ Media
Azərbaycan gimnastları dünya çempionatında finala vəsiqə qazanıblar
1 dəq oxu

İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri finala yüksəliblər.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütlük buna nail olub. Onlar 19.050 xalla mundialın final mərhələsinə vəsiqə qazanıblar.

Dünya çempionatı sentyabrın 13-də başa çatacaq.

Əlaqəli Xəbərlər