Menyu

Çexiyada əhalinin sayı azalıb

Operativ Media
Çexiyada əhalinin sayı azalıb
1 dəq oxu

Çexiya əhalisi 2026-cı ilin birinci yarısında 12 200 nəfər azalaraq iyun ayının sonuna 10,9 milyona çatıb.

Operativ Media xəbər verir ki, ilin ilk altı ayında Çexiyada 36.500 körpə dünyaya gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5% azdır. Lakin ölüm hallarının sayı 1% azalaraq 57.600-ə düşüb.

Miqrasiya artımı 8900 nəfərə çatıb. Son altı ayda ölkəyə 53900 nəfər gəlib, 45000 nəfər isə gedib. Miqrantlar arasında Ukrayna vətəndaşları üstünlük təşkil edib.

Əhalinin azalmasına baxmayaraq, Çex Respublikasında qeydiyyata alınan nikahların sayı artıb. İlin birinci yarısında 18.500 cütlük evlənib.

Əlaqəli Xəbərlər