Menyu

“Milan”ın sahibi “Əl-Nəsr”in səhmlərini almaq üçün danışıqlar aparıb

Operativ Media
“Milan”ın sahibi “Əl-Nəsr”in səhmlərini almaq üçün danışıqlar aparıb
1 dəq oxu

“RedBird” investisiya fondunun rəhbəri və “Milan” klubunun sahibi Cerri Kardinale Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun səhmlərinin bir hissəsini almaqla bağlı ilkin danışıqlar apardıqlarını təsdiqləyib.

Operativ Media xəbər verir ki, Kardinale bu barədə “La Gazzetta dello Sport” nəşrinə açıqlamasında danışıb.

O, danışıqların ilkin mərhələdə olduğunu bildirib. Bununla belə, biznesmen Kriştiano Ronaldonun şəxsiyyəti və futbolçu karyerasını başa vurduqdan sonra klubda hansı rolu oynaya biləcəyi ilə maraqlandığını qeyd edib.

“Bu imkanı araşdırmaq üçün mənimlə əlaqə saxladılar. Ronaldo futbolçu karyerasını başa vurduqdan sonra nə etmək istəyəcəyini anlamaq mənə maraqlıdır”, – deyə Kardinale bildirib.

Biznesmen bir neçə klubu əhatə edən layihələri nəzərdən keçirməyə davam edəcəyini də vurğulayıb. Hazırda o, “Milan” və “Tuluza” klublarının sahibidir.

Əlaqəli Xəbərlər