Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatıb
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb.
Operativ Media xəbər verir ki, səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngli kəndinin yaxınlığında yerləşən Gəncəsar Monastır Kompleksini, daha sonra isə Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng Monastır Kompleksini ziyarət ediblər.
Onlara komplekslərin tarixi və memarlıq xüsusiyyətləri, həmçinin abidələrə edilmiş müdaxilə, dəyişiklik və saxtalaşdırma halları barədə məlumat verilib Daha sonra monastırların ərazisinə baxış keçirilib və abidələrlə tanışlıq olub.
Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər “İstisu” mineral sudoldurma zavodunun fəaliyyəti ilə tanış olublar.
Ardınca diplomatik korpusun nümayəndələri Kəlbəcər şəhərində keçirilən Bal Festivalında iştirak ediblər.
dəqiqələr içində saytın olsun.