Menyu

İsmayıllıda yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb

Operativ Media
İsmayıllıda yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb
1 dəq oxu

İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə gecə saatlarında Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 40-cı kilometrliyində qeydə alınıb.

Operativ Media xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü, 33 yaşlı İlkin Abdullazadə xəsarət alıb, sərnişin, 31 yaşlı Münəvvər Abdullazadə isə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər