Argentina Britaniya və İsrail səfirlərinə etiraz edib
Argentina Xarici İşlər Nazirliyi mübahisəli Malvin (Folklend) adaları yaxınlığında Buenos-Ayresin razılığı olmadan neft yataqlarının işlənməsi planlarına görə Böyük Britaniya və İsrail səfirlərini çağırıb.
Operativ Media xəbər verir ki, diplomatlara rəsmi etiraz notaları təqdim olunub. Görüşlər zamanı “Sea Lion” layihəsinin irəlilədilməsi və bununla bağlı həyata keçirilən digər tədbirlər pislənilib.
Argentina Xarici İşlər Nazirliyi Böyük Britaniya hakimiyyətinin mübahisəli ərazidə biznes fəaliyyəti ilə bağlı tövsiyələr yayımlamasını da tənqid edib. Nazirliyin bildirdiyinə görə, bu addımlarla Böyük Britaniya Malvin adalarında, Cənubi Georgiya və Cənubi Sendviç adalarında, eləcə də həmin ərazilərin ətrafındakı dəniz məkanlarında kommersiya fəaliyyəti və karbohidrogen hasilatını təşviq etməyə çalışır.
Argentina tərəfinin mövqeyinə görə, Böyük Britaniyanın bu addımları BMT Baş Assambleyasının 31/49 saylı qətnaməsinin tələblərinə ziddir. Həmin qətnamə adaların suverenliyi ilə bağlı mübahisənin dinc yolla həlli prosesi başa çatana qədər Argentina və Böyük Britaniyanı vəziyyətə təsir göstərə biləcək birtərəfli addımlardan çəkinməyə çağırır.
dəqiqələr içində saytın olsun.