Menyu

“Qarabağ”ın müdafiəçisi Varkonyinin Macarıstan millisinə dəvətinin səbəbi açıqlanıb

Operativ Media
“Qarabağ”ın müdafiəçisi Varkonyinin Macarıstan millisinə dəvətinin səbəbi açıqlanıb
1 dəq oxu

Macarıstan millisinin baş məşqçisi Marko Rossi “Qarabağ”ın müdafiəçisi Bense Varkonyinin milli komandaya dəvət olunması ilə bağlı açıqlama verib.

Operativ Media xəbər verir ki, Rossi bildirib ki, Varkonyinin milliyə çağırılması məsələsi iyun ayında da müzakirə olunub, lakin həmin vaxt başqa qərar qəbul edilib.

“Bense Varkonyi o vaxtdan klubunu dəyişib, müntəzəm olaraq meydanda olur və “Qarabağ”da yaxşı çıxış edir. Buna görə də onun bizimlə olması üçün uyğun vaxtın yetişdiyini düşündük”, – deyə baş məşqçi qeyd edib.

Əlaqəli Xəbərlər