Menyu

Yaponiyada 100 yaşdan yuxarı insanların sayı rekord həddə çatıb

Şəfa Hüseynli
Yaponiyada 100 yaşdan yuxarı insanların sayı rekord həddə çatıb
1 dəq oxu

Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçib.

Operativ Media xəbər verir ki, bu barədə "Kyodo" məlumat yayıb.

Məlumata görə, sözügedən insanların sayı 107.677 nəfərə çatıb ki, bu da ardıcıl 56-cı artım ili deməkdir.

Bu artımın ümumi sayının 87,6%-ni – 94.298 nəfəri qadınlar təşkil edir.

Bundan əlavə, 2026-cı maliyyə ilində 54.294 nəfərin 100 yaşına çatacağı gözlənilir ki, bu da əvvəlki illə müqayisədə 1.984 nəfər çoxdur.

Əlaqəli Xəbərlər