Menyu

“Bolonya” Domeniko Tedesko ilə yollarını ayırıb

Operativ Media
“Bolonya” Domeniko Tedesko ilə yollarını ayırıb
1 dəq oxu

“Bolonya” baş məşqçi Domeniko Tedesko ilə yollarını ayırıb və onun yerinə Raffaele Palladino təyin olunub.

Operativ Media xəbər verir ki, yeni baş məşqçi ilə 30 iyun 2029-cu ilədək müqavilə imzalanıb. 42 yaşlı mütəxəssis bu gün, sentyabrın 16-da komanda ilə ilk məşqinə çıxacaq.

Tedesko 10 iyun 2026-cı ildə “Bolonya”nın baş məşqçisi təyin edilmişdi. Komanda onun rəhbərliyi altında İtaliya çempionatının ilk 4 turunda qələbə qazana bilməyib. Bu görüşlərdə 1 heç-heçə və 3 məğlubiyyət qeydə alınıb. “Bolonya” hazırda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Sentyabrın 8-də Tedesko 3-cü turda “Sassuolo” ilə 2:2 hesablı heç-heçə etdikləri matçda hakimə qarşı hörmətsiz davranışına görə 2 oyunluq diskvalifikasiya edilib.

Domeniko Tedesko 2019-2021-ci illərdə “Spartak”a rəhbərlik edib. O, həmçinin “Şalke”, “Leypsiq”, “Fənərbaxça” və Belçika millisini çalışdırıb.

Əlaqəli Xəbərlər