Menyu

Mikayıl Cabbarov: Əlverişli investisiya mühiti üçün dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi vacibdir

Nərmin Qocamanlı
Mikayıl Cabbarov: Əlverişli investisiya mühiti üçün dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi vacibdir

Azərbaycanın regionda mövqeyinin gücləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi vacibdir.

Operativ Media xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində bildirib.

Nazir qeyd edib ki, Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiyanı əhatə edən regionda artan kapitallaşması, eləcə də regionda münaqişələrin aradan qalxması ölkənin mövqeyini gücləndirir.

Mikayıl Cabbarovun sözlərinə görə, hökumətin həyata keçirdiyi siyasətin özəl sektorla daha sıx uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır.

O bildirib ki, dövlət sektorunda qərarların qəbul edilməsi, təsdiqlənməsi və məsuliyyətin bölüşdürülməsi müəyyən vaxt tələb edir. Buna görə də proqnozlaşdırıla bilənliyin və əlverişli biznes mühitinin təmin olunması üçün dövlət-özəl əməkdaşlığının gücləndirilməsi vacibdir.

Nazir vurğulayıb ki, burada yalnız klassik infrastruktur layihələri çərçivəsində dövlət-özəl tərəfdaşlığından söhbət getmir. Onun sözlərinə görə, əsas məsələ özəl sektorun ölkəyə gəlməsinə, investisiya yatırmasına və aktivlərin idarə edilməsinə imkan verən dövlət siyasətinin formalaşdırılmasıdır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər