Menyu

M. Cabbarov: Konkret məhsula deyil, innovasiyaların inkişaf edəcəyi mühitə fokuslanmalıyıq

Nərmin Qocamanlı
M. Cabbarov: Konkret məhsula deyil, innovasiyaların inkişaf edəcəyi mühitə fokuslanmalıyıq

İnnovasiya ekosisteminin inkişafında əsas məsələ konkret məhsul və ya xidmətin əvvəlcədən müəyyənləşdirilməsi deyil, innovasiyaların yaranması və inkişafı üçün əlverişli mühitin formalaşdırılmasıdır.

Operativ Media xəbər verir ki, bu sözləri SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, innovasiya sahəsində hər şeyi bildiyini və hər sahədə ən yaxşı olduğunu iddia etmək düzgün yanaşma deyil.

“Burada söhbət inteqrasiyadan, qlobal fikir mübadiləsindən, insanların sərhədlərarası fəaliyyətindən və investisiyalardan gedir. Təhsil və innovasiya, real iqtisadi aktorlar və tələbat, həmçinin əlverişli siyasət bir araya gəldikdə, mənim üçün qalan məsələlər zaman və ehtimal məsələsidir. Çünki belə bir mühitdə yeni nələrinsə yaranması çox mümkündür”, - deyə Mikayıl Cabbarov bildirib.

O vurğulayıb ki, konkret məhsul və ya xidmətə fokuslanmaq əvəzinə, innovasiyaların inkişaf edə biləcəyi mühit yaradılmalıdır.

“İnsanlar və istedad ən yaxşı kapitaldır”, - deyə nazir əlavə edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər