Menyu

Zelenski Ukraynaya yeni baş prokuror təyin edib

Operativ Media
Zelenski Ukraynaya yeni baş prokuror təyin edib
1 dəq oxu

Ukrayna Prezidenti Volodimir Zelenski Anton Kovalskinin baş prokuror vəzifəsini icra etməsini tapşırıb.

Operativ Media  xəbər verir ki, bu barədə Zelenskinin saytında dərc olunan sərəncamda məlumat verilib.

Sərəncama əsasən, Anton Anatolyeviç Kovalski Ukraynanın baş prokurorunun vəzifələrini icra edəcək.

Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenkonun “Telegram” kanalında yaydığı məlumata görə, Kovalski bundan əvvəl Xmelnitski vilayətinin prokuroru vəzifəsində çalışıb.

Bildirilib ki, Ruslan Kravçenkonun xaricə getməsi və vəzifəsindən kənarlaşdırılmasından sonra bir neçə gün ərzində Ukraynada baş prokuror vəzifəsini kimin icra etdiyi məlum olmayıb. Bu məsələni aydınlaşdırmaq üçün parlament komitəsi Baş Prokurorluğun rəhbərliyini iclasa çağırıb.

Əlaqəli Xəbərlər