Fernando Alonso kolleksiyasına yeni Bugatti əlavə edib
İkiqat “Formula 1” dünya çempionu Fernando Alonso avtomobil kolleksiyasına xrom örtüklü “Bugatti 16.4 Veyron Grand Sport” əlavə edib.
Operativ Media xəbər verir ki, “Formula 1” pilotunun qarajında “Mercedes-Benz CLK GTR” və xüsusi hazırlanmış “Pagani Zonda Verde Diamante” kimi avtomobillərin də olduğu bildirilir.
“Bugatti 16.4 Veyron Grand Sport” 8,0 litrlik, dörd turbokompressorlu W16 mühərriklə təchiz olunub. Modelin ilk versiyaları 1001 at gücü hasil edib, sonrakı seriyalarda isə bu göstərici 1200 at gücünə çatıb.
Hiperavtomobil 0-dan 100 km/saata 2,5 saniyəyə sürətlənir və maksimal 407 km/saat sürət yığa bilir.
Alonsonun avtomobil üçün “Bugatti”nin orijinal ikirəngli dizaynından fərqli olaraq xrom örtük seçdiyi bildirilib. Pilotun yeni avtomobilini təhvil aldığı anlara dair görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, aşağıdakı avtomobillərin də Fernando Alonsonun kolleksiyasına daxil olduğu düşünülür:
“Aston Martin Valkyrie”
“Aston Martin Valiant”
“Aston Martin DBX707”
“Aston Martin DBX S”
“Ferrari LaFerrari”
“Ferrari 599 GTB Alonso Edition”
“Ferrari 512 TR”
“McLaren P1”
“Porsche 918 Spyder”
“Mercedes SLR McLaren 722 Edition”
“Bugatti 16.4 Veyron Grand Sport”
“Bugatti EB110 GT”
“Pagani Zonda Verde Diamante”
“Maserati GranCabrio”
“Lamborghini Sián”
dəqiqələr içində saytın olsun.