Azərbaycan millisinin rəqibləri bəlli olub
Operativ Media
Azərbaycanın U-15 millisi ilk dəfə keçiriləcək FİFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparacaq.
Operativ Media xəbər verir ki, turnirin püşkatma mərasimi keçirilib. Mübarizədə iştirak edəcək 191 milli komanda 32 qrupa bölünüb. Qruplardan birində 5, digər 31 qrupda isə 6 komanda yer alıb.
Püşkatmanın nəticəsinə əsasən Azərbaycan millisi “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla birgə yer alıb.
Qeyd edək ki, FİFA U-15 Dünya Çempionatı və Festivalı cari ilin oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək. Komandalar 8-ə 8 formatında mübarizə aparacaq. Görüşlər hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarət olacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net