Menyu

Britaniyalı rejissor Alban Kilsəsi ilə bağlı sənədli film hazırlayıb

Operativ Media
Britaniyalı rejissor Alban Kilsəsi ilə bağlı sənədli film hazırlayıb
1 dəq oxu

Yutubda britaniyalı rejissor Aleks Fodorun Ermənistan Apostol Kilsəsinin Alban Kilsəsinə dair iddialarından bəhs edən “Oğurlanmış kilsələrin xaçı” adlı sənədli filmi yayımlanıb.

Operativ Media xəbər verir ki, filmdə britaniyalı mütəxəssislərlə yanaşı, tanınmış irlandiyalı bəstəkar və “BBC Music” musiqi kanalının yaradıcısı Devid Bayers də layihədə iştirak edib.

Sənədli filmdə Gürcüstan Pravoslav Kilsəsinin yüksək rütbəli iyerarxı, Manqlisi və Tetritskaro mitropoliti Ananiyanın (Caparidze) açıqlamalarına da yer verilib.

Mitropolit Ananiya Ermənistan Kilsəsini “heretik” və “əsl pravoslavlıqdan uzaqlaşmış” kilsə kimi xarakterizə edib. O, həmçinin Qafqaz Albaniyası Kilsəsinin məhz Ermənistan Kilsəsi tərəfindən təqib edildiyini bildirib.

Əlaqəli Xəbərlər