Menyu

XİN Pakistanda terror aktını pisləyib

Operativ Media
XİN Pakistanda terror aktını pisləyib
1 dəq oxu

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Xeybər-Paxtunxva əyalətinin Kohat şəhərində məscid və polis məntəqəsini hədəf alan terror aktını qətiyyətlə pisləyib.

Operativ Media xəbər verir ki, XİN-in paylaşımında bildirilib:

“Biz Pakistanın Xeybər-Paxtunxva əyalətinin Kohat şəhərində məscid və polis məntəqəsini hədəf alan terror aktını qətiyyətlə pisləyirik.

Həlak olanların ailə üzvlərinə və yaxınlarına, eləcə də Pakistan hökumətinə və qardaş Pakistan xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.

Azərbaycan terrorizmin bütün formalarına qarşı mübarizədə Pakistanla həmrəyliyini ifadə edir”.

Əlaqəli Xəbərlər