Menyu

Bu ilin 8 ayında Gürcüstandan Azərbaycana 49,9 milyon dollar göndərilib

Operativ Media
Bu ilin 8 ayında Gürcüstandan Azərbaycana 49,9 milyon dollar göndərilib

Gürcüstandan 2026-cı ilin ilk 8 ayında xarici ölkələrə 285,5 milyon dollar pul köçürülüb.

Operativ Media xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Məlumata görə, ən çox vəsait Azərbaycana köçürülüb. Azərbaycana göndərilən pulun həcmi 49,9 milyon dollar təşkil edib.

Türkiyəyə 46,2 milyon dollar, Rusiyaya isə 29,8 milyon dollar pul köçürülüb.

Xaricə pul köçürmələrinin həcminə görə ilk 10-luqda, həmçinin Ukrayna, Yunanıstan, Özbəkistan, Qazaxıstan, İtaliya, Almaniya və ABŞ yer alıb.

Qeyd olunur ki, xaricə həyata keçirilən bütün pul köçürmələrinin 76 faizi bu 10 ölkənin payına düşüb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər