Menyu

Kuşner: Tramp üçün sülh silah satışından vacibdir

Operativ Media
Kuşner: Tramp üçün sülh silah satışından vacibdir
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp Ukraynaya silah satışından əldə edilən gəlirdən daha çox müharibənin başa çatmasında və sülhün təmin olunmasında maraqlıdır.

Operativ Media xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Berlində keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, silah sənayesi ABŞ iqtisadiyyatının ümumi həcmi ilə müqayisədə kiçik bir sahədir.

Kuşnerin sözlərinə görə, dünyada sülhün bərqərar olması həmin sənayenin fəaliyyətinin azalması ilə nəticələnsə belə, Tramp bundan məmnun olardı.

Qeyd edək ki, Kuşnerə bu sual “Politico” nəşrində yayımlanan və Trampın “Könüllülər koalisiyası” ölkələrinin Ukraynaya əlavə milyardlarla dollar yardım ayırmasına şübhə ilə yanaşdığını bildirən məlumatdan sonra ünvanlanıb.

Jurnalistlər diqqətə çatdırıblar ki, Avropa ölkələrinin ayırdığı vəsaitin bir hissəsi silah tədarükünün maliyyələşdirilməsi yolu ilə ABŞ-a daxil olur.

Cared Kuşner isə müharibənin bütün tərəflər üçün itkilərlə nəticələndiyini, sülhün isə hamı üçün müsbət imkanlar yaratdığını vurğulayıb. O bildirib ki, bu məsələ Trampın mövqeyinə təsir göstərmir və ABŞ Prezidenti bütün imkanlarından istifadə edərək sülhə nail olmağa çalışır.

Əlaqəli Xəbərlər