Menyu

“Express Experience” Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB

Operativ Media
“Express Experience” Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB

Expressbankın gənclərin peşəkar inkişafına və bank sektorunda praktiki təcrübə qazanmasına dəstək məqsədilə həyata keçirdiyi “Express Experience” Yay Təcrübə Proqramı başa çatıb.

Operativ Media xəbər verir ki, proqrama müraciət edən 2 000 namizəd arasından seçim mərhələlərini uğurla keçən 22 gənc təcrübə proqramına cəlb olunub. İştirakçılar proqram müddətində bankın müxtəlif istiqamətlərində fəaliyyət göstərərək nəzəri biliklərini real iş mühiti ilə birləşdirmək, peşəkar bacarıqlarını inkişaf etdirmək və bank sektorunun iş prinsiplərini yaxından öyrənmək imkanı əldə ediblər.

Təcrübə müddətində gənclər Expressbankda real iş mühitini yaxından tanıyıb, müxtəlif layihə və tapşırıqların icrasında iştirak edib, bankın peşəkar əməkdaşlarının təcrübəsindən faydalanıblar. Proqram çərçivəsində iştirakçılar komanda işi, effektiv ünsiyyət, analitik düşüncə, təşəbbüskarlıq və digər peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

Təcrübə müddətində fəallığı, peşəkar yanaşması və fəaliyyət nəticələri ilə seçilən bir neçə iştirakçı artıq Expressbankda işlə təmin olunaraq komandaya qoşulub. Daha 6 iştirakçı isə öz istəkləri əsasında təcrübə müddətini davam etdirir. Sözügedən iştirakçılar bankda müvafiq vakansiya yarandığı təqdirdə işə qəbul üçün dəyərləndirilə bilərlər.

Beləliklə, “Express Experience” proqramı gənclər üçün yalnız praktiki təcrübə qazanmaq imkanı deyil, həm də bank sektorunda öz potensiallarını sınamaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və gələcək karyera imkanlarına bir addım daha yaxınlaşmaq üçün mühüm platforma olub.

Expressbank gənclərin inkişafına və potensialının kəşf olunmasına, həmçinin praktiki bilik və bacarıqlarının artırılmasına, eləcə də maliyyə sektorunda karyera qurmaq imkanlarının genişləndirilməsinə yönəlmiş siyasətini gələcəkdə də davam etdirəcək.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər