Menyu

Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 faiz artıb

Operativ Media
Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 faiz artıb
1 dəq oxu

Bu ilin yanvar-avqust aylarında ölkə üzrə ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8 faiz artaraq 2031,0 milyon manat olub.

Operativ Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,1 faizi hüquqi şəxslərin, 49,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 1012,1 milyon manat təşkil edib.

Əlaqəli Xəbərlər