Menyu

Bu ilin 8 ayında 183,7 milyon dollarlıq mis filizləri və konsentratları ixrac edilib

Operativ Media
Bu ilin 8 ayında 183,7 milyon dollarlıq mis filizləri və konsentratları ixrac edilib

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-avqust aylarında ölkədən 183,7 milyon ABŞ dolları dəyərində 82,5 min tondan çox mis filizləri və konsentratları ixrac olunub.

Operativ Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 7,6 dəfə, həcm olaraq isə 6,2 dəfə çoxdur.

Ümumilikdə cari ilin ilk səkkiz ayında ölkədən dəyəri 2,55 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 18,8 faiz üstələyir. Hesabat dövründə dəyər ifadəsində mis filizləri və konsentratları ixracının xüsusi çəkisi 7,2 faizə bərabər olub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər