Menyu

Vüqar Bayramov: "Yeni Dövlət Proqramı qeyri-neft-qaz sektorunun inkişafına xüsusi töhfə verəcək" - RƏY

Ayşən Sadıxzadə
Vüqar Bayramov: "Yeni Dövlət Proqramı qeyri-neft-qaz sektorunun inkişafına xüsusi töhfə verəcək" - RƏY

Prezident İlham Əliyev tərəfindən keçirilən müşavirədə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, qeyri-neft-qaz sektorunun inkişafında əsas prioritet sahələr üzrə vacib hədəflər qeyd olunub.

Bu sözləri Operativ Media-ya deputat Vüqar Bayramov deyib.

O bildirib ki, nəqliyyat sektoru bu sahəyə verilən dəstəyin əsas istiqamətlərindən biri kimi nəzərdə tutulur. Eyni zamanda, sənaye aparıcı sahədir. Sözügedən sektorda 2025-ci ildə 37 milyard manatlıq məhsul istehsal olunub:

“Təbii ki, neft-qaz sahəsində azalma da qeyd olunub. Belə ki, neft hasilatının azalması 2024-cü illə müqayisədə 2025-ci ildə istehsalın 38,2 milyard manatdan 33,3 milyard manatadək azalmasına gətirib çıxarıb.

Amma qeyri-neft sektorunda, xüsusilə payı yüksək olan metallurgiya məhsullarının istehsalı 2025-ci ildə iki dəfə artıb və ötən il bu göstərici 730 milyon manata yüksəlib.

Eyni zamanda, dağ-mədən, metallurgiya və digər mədənçıxarma sahələrində göstərilən xidmətlərin həcmində də artımlar qeyd olunub. Çünki nəticə etibarilə mədənçıxarma sahəsində xidmətlərə tələbat artıb və 2025-ci ildə burada bu göstərici 2,7 milyard manata çatıb.

Dövlət tərəfindən qəbul olunan bu proqram ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft-qaz sektorunun inkişafına xüsusi töhfə verəcək. Nəzərə alsaq ki, proqram çərçivəsində 5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur, eyni zamanda illik əlavə 1 milyard manatlıq yeni dəyər formalaşacaq. Bu da dövlət proqramının bütövlükdə iqtisadiyyatın və xüsusilə qeyri-neft-qaz sektorunun inkişafına xüsusi töhfə verəcəyini göstərir”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər