Menyu

Pambığa görə verilən subsidiyanın məbləği artırıldı

Redaksiya 2468 baxış
Pambığa görə verilən subsidiyanın məbləği artırıldı

Aqrar Subsidiya Şurasının qərarı ilə 2023-cü il mövsümündə fermerlərə təhvil verəcəkləri pambığın hər tonuna görə 180 manat məhsul subsidiyası ödəniləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. 

Qeyd edək ki, 2022-ci ildə tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 170 manat məhsul subsidiyası ödənilib.

Aprelin 17-dək ölkə üzrə pambıq emalı və tədarükü şirkətləri tərəfindən 15 434 mülkiyyətçi ilə 92 min hektar sahədə pambıq istehsalı məqsədilə müqavilə bağlanılıb. Cari ayın ikinci ongünlüyündə pambıq tarlalarında çiyid səpininə başlanılıb və artıq 17,7 min hektar sahədə səpin həyata keçirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər