Ceyhun Bayramov İƏT Koordinasiya Toplantısında çıxış edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib.
Operativ Media xəbər verir ki, Ceyhun Bayramov yeni vəzifəsinə başlayacaq İƏT-in Baş katibi İsmail Vuld Şeyx Əhmədi təbrik edib.
Nazir artan islamofobiya fonunda həmrəyliyin vacibliyini vurğulayıb və Azərbaycanın Fələstin dövlətinə dəstəyini bir daha təsdiqləyib.
Ceyhun Bayramov bölgədə artan hərbi qarşıdurmalardan ciddi narahatlığını ifadə edərək, ayrı-seçkiliyin və dünya üzrə müsəlman icmalarına qarşı zorakılığın qarşısının alınması üçün diplomatik səylərin gücləndirilməsinə və İƏT çərçivəsində birgə fəaliyyətə çağırıb.
Nazir həmçinin 2027-ci ildə Azərbaycanda keçiriləcək İƏT Zirvə toplantısına hazırlıqla bağlı görülən institusional işlər barədə məlumat verib.
dəqiqələr içində saytın olsun.